"Google" "Carrefour"la razılaşdı

21.06.2018 Maliyyə
Fransada "Google" üzərindən supermarketdən alış-veriş edilə bilinəcək.

"Kommersant" xəbər verir ki, "Google", Fransada onlayn satış aparmaq üçün "Carrefour" ilə müqavilə bağlayıb.

Gələn ildən etibarən "Google Home", "Google Asistant" və "Google Shopping" kimi Google platformaları üzərindən "Carrefour"un məhsulları satışa çıxacaq.

Bu müqavilə ilə "Carrefour" Fransada "Google" ilə tərəfdaşlıq edən ilk pərakəndə satıcı olub.

"Carrefour"rəqəmsal dəyişikliyini sürətləndirərək 2022-ci ilin planları yolunda çoxlu layihələr həyata keçirməyə hazırlaşır.

"Carrefour", rəqəmsala keçid strategiyası çərçivəsində yeni həllər yaratmaq üçün Parisdə araşdırma laboratoriyası açacaq. Şirkətin mühəndisləri "Google Cloud AI" ekspertlərilə bərabər çalışacaqlar.