USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Valyuta Fondundan “avro-zona” - AÇIQLAMASI

22.06.2018 İqtisadiyyat
0 0
Beynəlxalq Valyuta Fondunun rəhbəri Chritine Lagarde Avro Bölgəsində “ortaq depozit sığortası”nın yaradılmasına ehtiyac duyulduğuna diqqət çəkib

"Kommersant" xəbər verir ki, Lüksemburqda təşkil edilən mətbuat konfransında açıqlama verən Lagarde problemli kreditlərin səviyyəsinin Fransanın və Almaniyanın bank birliyinin öhdəliyinə götürdüyü ümumi borcun 5%-dən yüksəyə qalxmasına ehtiyac olduğunu vurğulayaraq, Avro bölgəsində "ortaq depozit sığortası"nın tətbiqinin təxirə salınmazlığını bildirib. Onun sözlərinə görə, hazırda mövcud olan tək problem zamanlamadır.

Christine Lagarde "Təmizləmə işimizi bitirmədən irəliləyək, yoxsa hazırda 14% olan problemli kredit nisbətinin 5%-ə düşməsinimi gözləyək? Biz düşünürük ki, "ortaq depozit sığortası" nə qədər tez yaradılarsa, problemli kreditləri o qədər qısa vaxtda aradan qaldıra bilərik", - deyə açıqlama verib.

  • Əvvəlki

    ABŞ bankları “stress yoxlaması”ndan keçib - NƏTİCƏ

Digər xəbərlər