USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"General Electric" səhiyyə və neft sektorlarından çıxır

27.06.2018 İqtisadiyyat
0 0
ABŞ-ın "General Electric" şirkəti, səhiyyə və neft sektorlarından çıxacağını açıqlayıb.

"Kommersant" xəbər verir ki, "General Electric"dən verilən açıqlamada, şirkətin səhiyyə xidmətləri göstərən törəmə şirkətinin 20%-lik hissəsinin nağd pula çevriləcəyi və 80%-inin səhmdarlara bölüşdürüləcəyi bildirilib. Bu şirkətin artıq müstəqil bir şirkət olacağı məlumatı verilib.

Bundan başqa açıqlamada, "General Electric"in 2017-də 7,4 milyard dollara 62,5%-lik hissəsini satın aldığı ABŞ-ın ən böyük üçüncü neft sahəsinə xidmət şirkəti "Baker Hughes"ın da səhmlərini satacağı qeyd edilib.

Açıqlamada, bu dəyişikliklərdən sonra "General Electric"in aviasiya, elektrik enerjisi və bərpa olunan enerjiyə diqqət yetirəcəyi bildirilib.

Sözügedən dəyişikliklərin "General Electric"ə 2020-ci ilin sonuna qədər ən az 500 milyon dollarlıq qənaət təmin edəcəyinə diqqət çəkən açıqlamada, bu tarixə qədər şirkətin borcunun 25 milyard dollar azaldılmasının və balansda 15 milyard dollar nağd pul yaradılmasının planlaşdırıldığı vurğulanıb.

Keçən həftə, 126 il əvvəl Thomas Edison tərəfindən yaradılan "General Electric" "Dow Jones" Sənaye İndeksindən çıxarılmışdı.

Son 1 ildə "General Electric"in Nyu-york Birjasında ticarət olunan səhmləri 54% ucuzlaşıb. Bugünkü açıqlamanın ardından şirkətin səhminin qiyməti 8,9 faiz artımla 13,88 dollara qədər yüksəlib.

  • Əvvəlki

    KOB evlərində göstəriləcək xidmətlər məlum oldu - SİYAHI

Digər xəbərlər