USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çində "maliyyə təşvişi" xəbərdarlığı

28.06.2018 İqtisadiyyat
0 0
Çin hökumətinin dəstəklədiyi bir təşkilatın mediaya sızan hesabatına görə, potensial bir "maliyyə təşvişi" barədə xəbərdarlıq edilib.

"National Institution for Finance & Development" (NIFD) tərəfindən yazılan hesabat "Bloomberg" tərəfindən görülüb və təşkilat tərəfindən doğru olduğu təsdiq edilib.

Təşkilatın hesabatında, səhm alışlarında kredit çiyni nisbətinin 2015-dən bu yana ən yüksək səviyyəyə çıxmasının, indekslərin 3-də 1 nisbətində azalmasının Çin səhmlərinin dəyərini 5 trilyon dollar azaltdığı qeyd edilib.

"Çinin yəqin ki, bir maliyyə panikası (təşvişi) yaşayacağını düşünürük" deyən NIFD, "Bunun meydana gəlməsinə və yayılmasına mane olmaq, maliyyə və makro iqtisadiyyat üzrə rəsmilərin önümüzdəki bir neçə ildəki ən mühüm prioriteti olmalıdır" ifadələrini istifadə edib.

Hesabatda, ticarət müharibələrinin iqtisadiyyata təsirinin də araşdırıldığı və bu mövzuda narahatlıqların artdığı qeyd edilib.

2005-ci ildə yaradılan NIFD, sistem xarakterli bir böhran qarşısında ortaya qoyulacaq tədbirlərin hazır olması lazım olduğunu qeyd edib.

  • Əvvəlki

    Eks-nazirin təcili Türkiyəyə aparıldığı bildirilir

Digər xəbərlər

15.04.2024 İqtisadiyyat
ABŞ Türkiyəni dolları ilə əzir
0 0
15.04.2024 İqtisadiyyat
Azərbacanda dollar bahalaşa bilər?
0 0