USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"SDL Nobel" istehsal sahəsini yenidən qurub

28.06.2018 İqtisadiyyat
0 0
"SDL Nobel" göstərdiyi xidmətlərin keyfiyyətini daha da artırmaq məqsədi ilə öz istehsal sahəsində yenidənqurma işlərini başa çatdırıb.

Şirkətdən "Kommersant"a daxil olmuş məlumata görə, nəticədə istehsal xətti yenidən təşkil olunub, xidmətlərin çeşidini genişləndirən əlavə avadanlıqlar quraşdırılıb və təkmilləşdirilmiş iş şəraiti təmin olunub.

Viktalik birləşmələrin hazırlanması, profil materialların kəsilməsi, qaynaq tillərin hazırlanması və sair üçün maşınlar şirkətin avadanlıq inventarını genişləndirib. Müasir avadanlıqlar daha yaxşı xidmət göstərməyə imkan verir, həmçinin texniki imkanlar, xidmətin müddəti və onunla bağlı xərclər baxımından şirkəti bazarda fərqləndirir.

Müxtəlif tipli qaynaq növlərinin tətbiqi üçün müasir qaynaq masaları quraşdırılıb. Həmçinin, istehsal zəncirinin son halqası olan rənglənmə emalatxanası təmir olunaraq yenidən qurulmuş və bununla da boyama işinin keyfiyyətinin daha da artması təmin edilib.

"SDL Nobel" təhlükəsizlik standartlarına böyük əhəmiyyət verir. Yenidənqurma işlərinin nəticəsində işçilər üçün təhlükəsiz iş mühitin vacib amili olan havalandırma sisteminin təzələnməsi həyata keçirilib.

Bütün yeniliklər daha səmərəli və təhlükəsiz istehsalın təmin edilməsinə, eləcə də məhsuldarlığın artırılması və xərclərin azaldılmasına xidmət edir.

Yerli şirkət olaraq "SDL Nobel" öz sahəsində ən yüksək xidmətləri göstərmək və regionda iri beynəlxalq və yerli müştərilərin tələblərinə cavab vermək məqsədi ilə 2016-cı ildə yaradılıb. "SDL Nobel" özünün birgə sahibləri olan "Nobel Oil Services" (UK) Limited və "SDL Denholm Limited" şirkətlərinin qabaqcıl yerli və beynəlxalq təcrübəsindən yararlanır.

"SDL Nobel" neft-qaz sənayesində quruda və dənizdə metal konstruksiyaların istehsalı sahəsində ixtisaslaşmış şirkətdir. Onun xidmətlər dairəsinə metal konstruksiya, texniki avadanlıqlar və obyektlərin quraşdırılması, istehsal edilmiş materialların təftişi, istehsal edilmiş materialların təzyiq altında sınağı və digər xidmətlər daxildir.

  • Əvvəlki

    Çində "maliyyə təşvişi" xəbərdarlığı

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0