Qarabağ Azərbaycandır!

Sərmayəçilər bunları mütləq bilməlidir

28.06.2018 Maliyyə
Sərmayəçilər bu maddələri mütləq bilməlidir.

“Kommersant” xəbər verir ki, inkişaf etmiş ölkələrin arasındakı əlaqə inkişaf etməkdə olan ölkələr arasındakı əlaqədən daha sürətli inkişaf edir. Sərmayəçilər də artıq daha diqqətli və fərqli yatırımlar edir. Belə ki, hazırda şəhər əhalisinin sayı kənd əhalisinin sayını ötüb. Bununla bağlı olaraq da infrastruktur xərclərinin artması sərmayəçilərin mütləq şəkildə bilməli olduğu bir şeydir.

Avropada mövcud olan müəssisələrdə vergi dünyanın digər ölkələri ilə müqayisədə daha aşağıdır. Buna görə də sərmayəçilər vergilərin daha aşağı olduğu bölgələri seçməlidirlər. Bu halda uzun zaman kəsiyində dividentlərin dövriyyəsi baş verir.

Bunlarla yanaşı, hər sahədə olduğu kimi burada da texnologiyanın inkişafı böyük iqtisadi inkişafa səbəb olur.

Növbəti maddə, dolların hələ daha 10 il hökmranlıq edəcəyi istiqamətindədir. Və bu daim diqqət mərkəzində saxlanılmalı məsələdir.

Dünyada ən asan sövdələşmələr isə Sinqapurda həyata keçirilir. Daha dəqiq desək, Sinqapur, Honq-Konq və Yeni Zellandiya iş həyatına atılmaq üçün ən əlverişli ölkələrdir.