“Apple” şirkəti gəlirlərini açıqlayıb

01.08.2018 Maliyyə
“Apple” üçüncü rübdə qazancını 17% artırıb.

“Kommersant.az” xəbər verir ki, üçüncü rübdə şirkətin qeydə alınmış gəliri 53,26 milyard dollardır. Qeyd edək ki, bu, “Apple” şirkətinin bu vaxta qədər əldə etdiyi ən yüksək nəticəsidir. Sözügedən məlumatı, şirkət rəsmiləri açıqladığı hesabatda bildiriblər.

Verilən məlumatda ümumi gəlirlərin 32% artdığını, nəticələrin il sonuna qədər daha da yüksələcəyini və 60-62 milyard dollar səviyyəsində olacağı proqnozlaşdırılır.