USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

3 günə 400 milyard dollarlıq itki

02.08.2018 İqtisadiyyat
0 0
ABŞ-ın nəhəng texnologiya şirkətlərinə külli miqdarda zərər dəyib.

"Kommersant.az" xəbər verir ki, ABŞ-ın ən böyük texnologiya şirkətlərindən səkkizi 3 iş günü ərzində 400 milyard dollar dəyər itirib. Belə ki, aralarında "Facebook", "Twitter", "Netflix", "Amazon", "Apple", "Microsoft", "Intel" və "Google" şirkətinin əsas təşkilatı "Alphabet"in də olduğu şirkətlərin səhmləri gözlənilməz dərəcədə enib.

Qeyd edək ki, sadalanan şirkətlər arasında ən böyük itkilər "Facebook" və "Twitter" şirkətlərinə məxsusdur. İki şirkətin səhmlərdən itirdiyi məbləğ 228 milyard dollardır.