Çin iqtisadiyyatı zəifləyir

03.08.2018 Maliyyə
Yuan dollara qarşı dəyər itirməkdə davam edir.

“Kommersant.az” xəbər verir ki, Çin valyutası yuan səkkizinci həftədir ki, dollara qarşı ucuzlaşmaqda davam edir. Qeyd edək ki, yuanın dəyəri əsas valyuta növü olduğu vaxtdan bəri ilk dəfə bu qədər ucuzlaşıb.

Verilən məlumatlara görə, yuan hazırda 0,37% düşərək 6,8684 səviyyəsində qərar tutub. Ekspertlər bildirib ki, son 8 həftədə dollara qarşı 6,7% dəyər itirən yuan Çin Mərkəzi Bankının əsaslı addım atmadığı müddətdə ucuzlaşmağa davam edəcək.