"Kommersant.az" xəbər verir ki, Argentina prezidenti Maurisio Makri Beynəlxalq Valyuta Fondundan 50 milyard dollar kredit alması ilə bağlı açıqlama yayıb. Maliyyə dəstəyi ilə bağlı proqram 2019-cu ilin dekabr ayında həyata keçiriləcək.
Ekspertlər isə bunu ölkə iqtisadiyyatına zərbə vuracaq növbəti kəsr kimi qiymətləndirir. Bu öz növbəsində Beynəlxalq Valyuta Fondu (BVF) üçün də sirr deyil.
Ekspertlər, BVF-nin bu yolla tək Argentinanı yox, bir sıra ölkələrin iqtisadiyyatını özündən asılı hala salmaqla onları çökdürmək niyyətində olduğunu bildirirlər.
Təbii ki, Argentina BVF-yə məcbur qaldığı üçün müraciət edib. Hazırda bu ölkə iqtisadiyyatını az da olsa dirçəltmək üçün 1 il vaxtı var. Bu müddət ərzində investorların dəstəyinə böyük ehtiyac duyan Makri, analitiklərin rəyinə görə, inkişafa nail ola bilməyəcək, amma yenə də cəhd etməyə dəyər.