Qarabağ Azərbaycandır!

“Tesla”ya ağır zərbə

22.09.2018 Maliyyə
Elon Musk həbs oluna bilər.

“Kommersant.az” xəbər verir ki, ABŞ-ın Dəyərli Pullar Komissiyası və Ədliyyə Nazirliyi Elon Muskı bazarda monopoliya yaratmaqda günahlandırır.

Ümumiyyətlə, mütəxəssislər Elon Muskın son günlər yuxusuzluqdan, gərgin iş rejimindən əziyyət çəkməsi və narkotik vasitələrdən istifadəsi ilə bağlı yayılan məlumatların şirkətin statusuna ciddi zərər verəcəyini bildiriblər. Belə vəziyyətdə isə Muskın ya həbsə, ya da müalicə üçün xəstəxanaya yerləşdirilə biləcəyi müzakirə mövzusudur ki, bu da “Tesla”ya ağır zərbə olacaq.

Qeyd edək ki, ABŞ-ın Ədliyyə Nazirliyi tərəfindən sorğuda olması ilə bağlı məlumatlar artıq “Tesla” rəsmiləri tərəfindən təsdiqlənib.