Qarabağ Azərbaycandır!

Minimum əmək haqqı arta bilər

24.09.2018 Maliyyə
2019-cu il üçün proqnozlar səsləndirilib.

“Kommersant.az” xəbər verir ki, Türkiyənin dünya səviyyəli yazarlarından olan Alaattin Aktaş 2019-cu ildə minimum əmək haqqının 25% arta biləcəyini bildirib.

Ölkə iqtisadiyyatının hər sahədə çətin vəziyyətdə olduğunu vurğulayan Aktaş, cari ildə minimum əmək haqqının 430 manat təşkil etdiyini söyləyib. O bildirib ki, əmək haqqının iş verən üçün xərci isə 641 manat dəyərindədir. Amma araşdırmalar onu göstərir ki, minimum əmək haqqı bu dəfə inflyasiyanın çox üstündə qərar tutacaq.

Aktaşın sözlərinə görə, artım baş verərsə, 2019-cu il ərzində minimum əmək haqqı 517 manat təşkil edəcək.