USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu liman tamamilə avtonom sistemə keçir

21.05.2018 İqtisadiyyat
0 0
2018-ci ilin sonunda Çinin Kaofeidian şəhərindəki ticarət limanı tamamilə avtonom sistemə keçəcək. Burda kran və digər daşıyıcıların istifadəsi zamanı insan əməyinə ehtiyac qalmayacaq.

Layihəni ABŞ və Çinin ortaq şirkəti "TuSimple" həyata keçirir. Hazırda şirkət bütün yük avtomobillərini avtonom texnikalarla əvəzləyir. Başqa bir texnologiya firması isə kranların avtomatlaşdırılması üzərində işləyir. Bütün vasitələr mərkəzi nəzarət sistemi tərəfindən idarə olunacaq.

Qeyd edək ki, avtonom konteyner daşıyan avtomobillər daha əvvəl Hollandiyanın Roterdam və Çinin Yanqşanla Qinqdao limanlarında sınaqdan keçirilib. Amma Kaofeidianın onlardan fərqi ondan ibarətdir ki, burda bütün əməliyyatlar (yükləmə, boşaltma və daşıma) avtomotik idarə olunacaq.

  • Əvvəlki

    Azərbaycanda kərə yağı istehsal edən iki şirkət yaradılacaq

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0