ABŞ “QAZ qrupa”a tətbiq etdiyi sanksiyaların ləğvi şərtlərini açıqlayıb

23.05.2018 Dünya
Əgər Oleq Deripaska şirkətə rəhbərlikdən imtina edərsə, ABŞ-ın Maliyyə nazirliyi “Qaz qrupa” tətbiq etdiyi sanksiyaları ləğv edə bilər

"Kommersant.az" xəbər verir ki, bu barədə ABŞ maliyyə nazirliyinin xarici aktivlərin yoxlanması dairəsinin sanksiya sənədlərində məlumat verilib.

Bu cür təklif daha öncə “Rusal” üçün səsləndirilmişdi.

Aprelin əvvəlində ABŞ Rusiya əleyhinə yeni sanksiyalar tətbiq etmişdi. Sanksiyalar siyahısına bəzi rusiyalı biznesmenlər və onların rəhbərlik etdiyi şirkətlər, eyni zamanda Deripaska və onun nəzarətində olan “En+qrup”, “QAZ qrup”, “Basic element” və “Rusal” daxildir.

Sanksiyalar həmçinin şirkət siyahısında payı 50%-dən çox olan hər hansı aktivləri də əhatə edir.