USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampdan təcili tapşırıq: idxal edilən avtomobillər yoxlanılsın

24.05.2018 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp idxal edilən avtomobil və ehtiyyat hissələrinin ölkənin milli təhlükəsizliyini təhdid edib-etmədiyini yoxlamaq göstərişi verib.

"Kommersant.az" xəbər verir ki, ABŞ Ticarət Nazirliyi tərəfindən aparılacaq yoxlamanın idxal avtomobil və ehtiyyat hissələrinə gömrük vergisi tətbiqinə səbəb ola biləcəyi ifadə edilib.

"Ticarət naziri Vilbur Rossla avtomobil sənayemizin son vəziyyətini müzakirə etmək üçün görüşdük. Nazir Rossa yük maşınları da daxil olmaqla, idxal edilən avtomobillərin və ehtiyyat hissələrinin Amerika milli təhlükəsizliyinə təsirlərini araşdırmaq göstərişi verdim. Avtomobil və ehtiyyat hissələri kimi əsas sənayelər xalqımızın müqaviməti üçün kritik əhəmiyyət daşıyır", - deyə, Tramp bildirib.

Yaponiya, Çin və Cənubi Koreya hökumətlərinin, vəziyyəti yaxından izləyəcəkləri ifadə edilib. ABŞ-ı öz avtomobilləri üçün mümkün bazar kimi görən Pekin, mənfəət güdəcəyini qeyd edib. Çinin Ticarət nazirliyinin sözçüsü Qao Fenq bildirib ki, ölkəsi çox tərəfli ticarəti pozacaq milli təhlükəsizlik maddələrinin pis məqsədlər ilə istifadəsinə qarşı çıxır.

  • Əvvəlki

    Bakıdan Buxarestə birbaşa aviareys açılacaq

Digər xəbərlər