USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qızılın qiyməti fevraldan bəri ilk dəfə 5000 dollardan aşağı düşüb

16.03.2026 İqtisadiyyat
0 0
Nyu-York Ticarət Birjasının bölməsi olan Comex birjasında aprel qızıl fyuçerslərinin qiyməti 19 fevral tarixindən bəri ilk dəfə olaraq troya unsiyası üçün 5000 dollardan aşağı enib.

Kommersant.az xəbər verir ki, bu, ticarət platformasının məlumatlarından məlum olub.

Bakı vaxtı ilə saat 03:20-yə olan göstəricilərə əsasən, qiymətli metalın dəyəri 1,07 faiz azalaraq troya unsiyası üçün 4969,52 dollar təşkil edib.

Bakı vaxtı ilə saat 03:30-a olan məlumata görə isə qızılın qiymətində eniş tempi zəifləyib və unsiya üzrə qiymət 0,59 faiz azalaraq 4993,54 dollara çatıb.

  • Əvvəlki

    Neft-qaz sənayesi üzrə mühəndislik şirkəti nizamnamə kapitalını azaldır

Digər xəbərlər