USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft-qaz sənayesi üzrə mühəndislik şirkəti nizamnamə kapitalını azaldır

16.03.2026 İqtisadiyyat
0 0
Neft və qaz sənayesi üçün qazma və mühəndislik xidmətləri göstərən “Drilltechsolution” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nizamnamə kapitalını azaldır.

Kommersant.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Belə ki, şirkət nizamnamə kapitalının 780 000 ABŞ dolları məbləğdən 580 000 ABŞ dolları məbləğə azaldığının elan edib.

“Nizamnamə kapitalının azaldılması ilə əlaqədar kreditorlar bir ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu, Xocalı, Məhəllə 1181, Blok A1, Mərtəbə 2 (AZ1025) ünvanına bildirə bilərlər”, - məlumatda bildirilib.

Sözügedən şirkət 2021-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. MMC-nin qanuni təmsilçisi Eyubov Azər Qələndəroviçdir.

  • Əvvəlki

    Bu günə olan valyuta məzənnələri

Digər xəbərlər