USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya nəhəngində kütləvi istefalar davam edəcək

24.05.2018 İqtisadiyyat
0 0
Rusiyanın aliminium nəhəngi olan “Rusal”ın baş icraçı direktoru Aleksandra Bouriko istefa verib

"Kommersant.Az" xəbər verir ki, şirkətin açıqlamasına görə, xanım CEO Aleksandra Bouriko istefa edib. Onun, idarə heyəti ilə hər hansı fikir ayrılığı olmadığı bildirilir.

"Rusal" yeni icraçı direktor seçilənə kimi xanım Aleksandranı Yevgeni Nikitinin əvəz edəcəyini açıqlayıb.

Məlumatda o da bildirilir ki, şirkətin icraçı direktorları Vladislav Solovyev və Siqfrid Vol isə iyunun 28-də işdən ayrılacaq. Digər vəzifəli şəxslər Maksim Sokov, Dimitri Afanasiyev, Gülcan Moldacanova, Olqa Maşovskaya və Yekterina Nikitina da gələn aydan istefa edəcəklər.

Mayın 2-də ABŞ Maliyyə Nazirliyi bildirmişdi ki, Oleq Deripaska şirkətlərin idarəçiliyindən istefa edərsə, "Rusal" və "En+Group"a tətbiq edilən sanksiyalar götürülə bilər. Ötən həftə Deripaska "En+ Group"dan istefa etdi.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Rusiyanın bəzi iş adamları və şirkətlərinə yeni sanksiyalar tətbiq edib. Milyonçu Deripaska və onun "En+Group", " GAZ", "Basic Element" və "Rusal" şirkətləri də bu siyahıya daxil edilib.

  • Əvvəlki

    Vergidə işləmək üçün imtahan olacaq

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0