USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2020-ci ilə qədər bu avtomobillərin sayı artacaq

24.05.2018 İqtisadiyyat
0 0
“Toyota” hidrogenlə çalışan avtomobillərin sayının artırılmasını planlaşdırır

"Kommersant.az" xəbər verir ki, şirkətin açıqlamasına görə, yeni avtomobillər istehsalçının "Toyota City"də yerləşən "Honş" zavodunda hazırlanacaq.

Eyni zamanda "Şimoyama" zavodunda avtomobillərdə yüksək təzyiqli hidrogen qazının saxlanması üçün qurğu istehsal ediləcək.

Şirkət bununla bağlı əlavə məlumat verməyib, lakin bildirilib ki, avtomobillərin kütləvi istehsalı 2020-ci ildə başlayacaq. İstehsal nəticəsində şirkət dünya bazarında hidrogenlə çalışan sərnişin maşınları və avtobuslar da daxil olmaqla 30 mindən çox satışı həyata keçirə biləcək.

"Toyota" artıq hidrogenlə çalışan "Mirai" avtomobilini Yaponiya, ABŞ və Avropa ölkələrinə satır. Yapon bazarında nəqliyyat vasitəsinin qiyməti 65, 807.51 dollardan başlayır. Yüksək qiymətlər səbəbi ilə avtomobil az sayda istehsal edilib. 2014-cü ildən bəri 5 300 "Mirai" satılıb.