USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Depozitlərin orta faiz dərəcələri dəyişib

24.05.2018 Bank
0 0
Dollar depozitlərinin faiz dərəcəsi 4 dəfə azalıb

Son dövrlərdə müştərilər banka manat ilə depozit qoyduqları zaman faizlərin artığını müşahidə edirlər. Dollar ilə əmanətlərin faiz dərəcəsi isə kəskin azalıb. Mərkəzi Bankın depozit və kreditlər üzrə orta faiz dərəcələrindən bəhs edən icmala əsasən demək olar ki, 2015-ci ildə baş vermiş devalivasiyalar bankların dollar əmanətlərinə aşağı fazi dərəcəsi tətbiq etməsinə səbəb olub.

“Kommersant.Az” xəbər verir ki, 2015-ci ilin birinci rübü ilə 2018-ci ilin birinci rübünü müqayisə etdikdə, dollar əmanətlərinin faiz dərəcəsi 4 dəfədən çox azalıb. Qısamüddətli dollar depozitlərin (3 aydan 6 ayadək) orta faiz dərəcəsi 1,73%, uzunmüddətli dollar depozitlərin (1 ildən 5 ilədək) isə faiz dərəcəsi 2,98% təşkil edir. Bu göstəricilərdən belə nəticəyə gəlmək olar ki, banklar dollar depozitlərindən bir növ kənarlaşmaq istəyirlər.

Qeyd edək ki, Əmanətlərin Sığortalanması Fondu tərəfindən dollarla olan əmanətlərin 3%-nin, manatla olan əmanətlərin isə 15%-nin sığortalanması nəzərdə tutulub.