USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Huawei” şirkəti ABŞ-ın “qara siyahı”sından çıxarıla bilər

29.06.2019 Dünya
0 0
“Huawei” şirkətini ABŞ hökumətinin “qara siyahı”sından çıxarmaqla bağlı ABŞ ilə Çin arasında danışıqlar aparılır.

“Kommersant.az” xəbər verir ki, bu barədə G20 sammitinin yekun mətbuat konfransında ABŞ prezidenti Donald Tramp bildirib.

ABŞ şirkətlərinə öz avadanlıqlarını “Huawei”yə satmağa icazə verəcəklərini qeyd edən prezident Tramp bunun “Huawei” şirkətini ABŞ hökumətinin “qara siyahı”sından çıxarılacağı demək olub-olmaması barədə suala “bu barədə düşünürük” deyə cavab verib.

Xatırladaq ki, ABŞ Ticarət Departamenti bu ilin may ayının ortalarında “Huawei” şirkətini “qara siyahı”ya salaraq ABŞ istehsalçılarının texnologiyalarını əldə etməkdən məhrum etmişdi. Həmçinin sözügedən şirkət ABŞ-da yalnız müvafiq lisensiya ilə işgüzar fəaliyyət göstərməsinə yol verilənlər siyahısındadır. Belə ki, “Huawei” şirkəti ABŞ hökuməti tərəfindən Çin kəşfiyyatı və hərbi rəhbərliyilə əməkdaşlıqda ittiham edilərək istifadəçiləri izləməkdə belə şübhəli bilinir. ABŞ bir sıra ölkələri 5G mobil rabitəsinə keçərkən “Huawei” avadanlıqıalrından istifadə etməmələri üçün dilə tutmağa çalışır.

Report