USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ermənistanda istilik elektrik stansiyalarında qəza baş verib - Ölkə işıqsız qalıb

10.07.2019 Dünya
0 0
Ermənistan paytaxtı Yerevan şəhərinin elektrik təchizatında fasilə yaranıb və bununla əlaqədar hazırda metrodan sərnişinlər təxliyyə olunurlar.

“Kommersant.az" xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.

Paytaxtın hər yerində elektrik təchizatı dayandırıldığından telefon rabitəsi və internetdə də çətinliklər yaranıb.

“Ermənistan Elektrik Şəbəkələri” QSC-dan hadisənin səbəblərini müəyyənləşdirmək üçün yoxlamalar aparıldığını bildiriblər.

Baş nazir müavini Tiqran Aviniyan “Facebook” səhifəsində enerji sistemindəki qəza ucbatından Yerevan İES-in və Razdan İES-in 5-ci blokunun fəaliyyətini dayandırdığını açıqlayıb.

Baş nazir müavini İstilik Elektrik Stansiyalarında baş verən qəza ilə bağlı ölkə boyu elektrik təchizatının dayana biləcəyini bildirib. (Report.az)