USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru vəfat edib

22.07.2019 Dünya
0 0
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukiya Amano vəfat edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Daha əvvəl "Reuters" BAEA baş direktorunun 2020-ci ilin mart ayında, yəni vaxtından əvvəl istefa vermək niyyətində olduğunu məlumat vermişdi.

72 yaşlı yapon diplomat BEAE-yə 2009-cu ilin dekabr ayından rəhbərlik edirdi.

O, 2017-ci ilin sentyabrında üçüncü dördillik müddətə təsdiqlənərək 30 noyabr 2021-ci il tarixinədək BEAE baş direktoru vəzifəsini icra edirdi.

Artıq BAEA-nın mətbuat xidməti də məlumatı təsdiqləyib.