USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sankt-Peterburq–Bakı aviareysinin açılacağı tarix məlum olub

22.07.2019 Dünya
0 0
Rusiyanın "Smartavia" şirkəti Sankt-Peterburqdan Bakıya açılacaq birbaşa aviareysin tarixini elan edib.

"Kommersant.az" xəbər verir ki, Sankt-Peterburq–Bakı aviareysi üzrə uçuşlara iyulun 25-dən etibarən başlanacaq. Uçuşlar hər həftənin IV və VI günləri “Boeing 737-700” təyyarələri ilə Pulkovo aeroportundan həyata keçiriləcək.

Qeyd edək ki, hazırda Bakı–Sankt-Peterburq aviareysi üzrə uçuşları həftənin III və VII günləri "Azərbaycan Hava Yolları" (AZAL) və V günləri "Buta Airways" şirkətləri yerinə yetirirlər.