USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük Britaniya ilə İran arasında saxlanılan tanker məsələsi müzakirə olunacaq

24.07.2019 Dünya
0 0
Böyük Britaniya hökuməti İran tərəfindən ötən həftə saxlanılan tankerin azad olunması məsələsini müzakirə etmək məqsədilə vasitəçi göndərib.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumat verən İran ali dini liderinin ofisinin nümayəndəsi Məhəmməd Məhəmmədi-Gülpayeqani istehzalı tərzdə qeyd edib:

“Bir vaxtlar İranda nazirləri və idarəçiləri təyin etmiş ölkə artıq öz gəmisini azad etməyə yalvarmaq üçün vasitəçi yollayacaq bir hala gəlib”.

Xatırladaq ki, ötən cümə - iyulun 19-da İran Böyük Britaniya bayrağı ilə gedən “Stena İmpero” tankerini balıqçı gəmisilə toqquşduğunu əsas gətirərək həbs etmişdi. Həmin gündən iki ölkə arasında gərginlik yaranıb. (Report.az)