USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə ada satışa çıxarıldı

28.07.2019 İqtisadiyyat
0 0
Türkiyədə ada satışa çıxarılıb.

"Kommersant.az" publikaya istinadən xəbər verir ki, Bursanın Karacabey qəsəbəsi yaxınlığındakı Uluabat gölündə yerləşən ada sahibi Nedim Bulut tərəfindən 17 milyon lirəyə satışa çıxarılıb. Mülk sahibi bildirib ki, son olaraq adanı 13 milyon lirəyə almaq istəyən olsa da, bu təkliflə razılaşmayıblar. 4500 kvadrat metr sahəsi olan ada N.Buluta babasından qalıb və burada qanunlara görə bina tikmək qadağandır. Lakin adada ferma tipində təsərrüfat obyektləri tikmək olar.

Mülk sahibi adanın torpağının çox məhsuldar olduğunu bildirib və buranı daim zeytun bağı kimi istifadə etdiklərini əlavə edib.