USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Google, Facebook və Amazon şirkətləri Fransada vergi ödəyəcək

29.07.2019 Dünya
0 0
Fransa Senatının bu gün qəbul etdiyi qanunla texnologiya nəhənglərinə rəqəmsal vergi tətbiqini işə salan ilk Avropa ölkəsi oldu.

"Kommersant.az" xəbər verir ki, Facebook, Amazon və Google kimi texnologiya şirkətləri ölkədə əldə etdikləri gəlirin yüzdə üçünü vergi olaraq ödəyəcək. Qanuna əsasən, bütün dünyada satışı ildə 750 milyon avro, Fransadakı satışı isə 25 milyon Avronun üzərində olan texnologiya şirkətlərinə vergi kəsiləcək.

Qanun 2019-cu il etibarı ilə fəaliyyət göstərəcək.

Bu yeni qanunla Fransanın ildə 400 milyon avro qazanacağı gözlənilir. (EkoNews)