USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Pilot sərnişinlərdən pul yığmaq istədi - Aeroportda biabırçılıq

29.07.2019 Dünya
0 0
İraq Hava Yollarına məxsus təyyarənin Tunis aeroportundan uçuşuna icazə verilməyib.

"Kommersant.az" xəbər verir ki, buna səbəb təyyarənin pilotunun benzin pulunu ödəməməsi olub.

Pilot 3 min dollar borcu ödəmək üçün sərnişinlərdən pul yığmağa cəhd edib. Pulu verməyən sərnişinlər təyyarənin uçuşunun qadağan edilməsini oturaraq boykot ediblər.

İraqın Tunisdəki səfirliyi borcu ödədikdən sonra təyyarə yola düşüb. (Yenisabah)