USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Qonşu ölkədə ət bahalaşdı

30.07.2019 Dünya
0 0
Gürcüstanda mal ətinin qiymətində 2 lari bahalaşma qeydə alınıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın “Business Press News” nəşri yazıb.

Tbilsinin aqrar bazarlarında bir ay bundan qabaq kiloqramı 18 lari (10,4 manat) olan mal əti hazırda 20 lariyə (11,5 manat) təklif olunur. Mağazalarda isə ətin qiyməti 21 lari (12 manat) təşkil edir.

Qonşu ölkədə ətin bahalaşması bu qida məhulunun çatışmazlığı və xarici ölkələrə diri mal-qaranın ixracı ilə əlaqələndirilir.

Mal ətinin qiymətinin artmasının davam edəcəyi proqnozlaşdırılır. (Report.az)