USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

3 milyon hektardan artıq meşə yanaraq kül oldu

01.08.2019 Dünya
0 0
Rusiyanın Sibir bölgəsi və şərqində keçən həftədən bu yana davam edən yanğın səbəbilə 3 milyon hektardan artıq meşə sahəsi yanaraq kül olub.

"Kommersant.az" xarici mediaya istinadən xəbər verir ki, rəsmilərinin verdiyi açıqlamada, 20 fərqli bölgədən 500 yaşayış məntəqəsinin tüstüdən təsirləndiyi və 15 min yanğınsöndürənin bölgəyə sövq edildiyi bildirilib.

Rusiya prezidenti Vladimir Putin, Müdafiə Nazirliyinə, yanğın söndürmə işlərinə əlavə dəstək olması üçün göstəriş verib. Bundan sonra Müdafiə Nazirliyi kömək məqsədi ilə yanğın baş verən əraziyə əlavə olaraq 10 təyyarə və 10 vertalyot göndərib.

Ölkənin baş naziri Dmitri Medvedev isə Rusiyanın Krasnoyarsk şəhərində keçirdiyi təcili hökumət toplantısında, davam edən meşə yanğınları səbəbindən bölgədəki vəziyyətin söndürmə işlərini çətinə saldığını söyləyib.

Təbii Ehtiyatlar və Ətraf Mühit Naziri Dmitri Kobılkin, Medvedevdən söndürmə işləri üçün büdcədən 3 milyard rubl (262 milyon TL) ayrılmasını tələb edib.

Xatırladaq ki, Rusiyadakı mövcud qanunlara görə, icra hakimiyyətləri, meşə sahələrində çıxan yanğının söndürülmə xərcinin yanğının yaradacağı ziyanı aşarsa, yanğını söndürməmək kimi bir qərar ala bilər.

Dünya Meteorologiya Təşkilatına görə isə, Sibirdə iyunda hava istiliyi normadan 10 dərəcə artıq olub.

Rusiyanın İrkutsk, Krasnoyarsk, Zabaykalsk, Yakutiya və Buryatya bölgələrində fövqəladə vəziyyət elan edilib. ( EkoNews)