Alimlərdən xəbərdarlıq - Fəlakət ola bilər

10.08.2019 Dünya
Elm adamları planetimizin yaxınından keçən və 300 metr civarında olan asteroidlə bağlı xəbərdarlıq edir.

"Kommersant.az" xəbər verir ki, açıqlamalara görə, qalaktikada sonsuz sayda göy cismi var ki, ətrafındakı cisimlərin çəkimindən təsirlənib havada sürət toplayaraq hərəkət edirlər. Belə cisimlərdən biri olan 2006 QQ23 son günlər medianın gündəmini zəbt edib.

Belə ki, 300 metrdən uzun olan bu cismin Yer kürəsinə dəyməsi nəticəsində bölgəsəl fəlakət baş verə bilər. Bəzi alimlər isə sözügedən asteroidin Aydan daha uzaq, 9 milyon kilometr aralı məsafədən keçəcəyini iddia edir.

Qeyd edək ki, Yer kürəsinə son dəfə asteroid bundan 66 milyon il öncə dəyib ki, bu zaman da dinozavrların sonu gəlib. Son zamanlar da davamlı şəkildə Yerə dəyib parçalanan cisimlər olsa da, onların həcmi çox kiçik olduğundan insanlar bunu demək olar ki, hiss etmir. /Qaynarinfo