USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

NASA-da illik ən yüksək əməkhaqqı məlum olub

12.08.2019 Dünya
0 0
NASA-da illik ək yüksək əməkhaqqı təqribən 155 min dollara (ayda təqribən 13 min dollar) çatır.

"Kommersant.az" xəbər verir ki, bunu NASA-nın Beynəlxalq Kosmik Stansiyaya (BKS) illik ekspedisiyaya gedən sabiq astronavtı Skott Kelli deyib.

"Mövcud şəbəkəyə əsasən, NASA astronavtları ən yaxşı halda GS-15 federal işçi dərəcəsinə iddia edə bilərlər ki, bu da hərbidə polkovnik və ya dəniz kapitanı rütbəsinə bərabərdir. Bu mövqelərdə illik əməkhaqqı təqribən 155 min dollardır", — deyə o bildirib.

Astronavt NASA-nı 2016-cı ildə BKS-ya ekspedisiya da daxil olmaqla, fəzaya 4 uçuş etdikdən sonra tərk edib. (Report.az)