USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən yaxşı ekranlı smartfon məlum oldu

24.09.2019 Dünya
0 0
Keçən həftə "Apple" tərəfindən təqdim edilən yeni "iPhone" seriyası yenilik olaraq gözləntilərə cavab verməsə də, gündən-günə yayılan yaxşı performans xəbərləri ilə diqqəti cəlb edə bilib.

"Kommersant.az" xəbər verir ki, bu gün isə "iPhone 11 Pro" ekran keyfiyyəti ilə gündəmə gəlib.

Belə ki, telefon ekranlarını qiymətləndirən "Display Mate" tərəfindən ən yaxşı ekranlı smartfon Super Retina XDR ekranlı "iPhone 11 Pro" seçilib. Cihaz dəyərləndirmədə A +, yəni ən yüksək xala sahib olub.

Ən diqqət çəkən məqam isə Super Retina XDR displeyində bir deyil, iki yeni qeyd parlaq səviyyəsinin olması olub. Bu iki parlaqlıq səviyyəsi ilə ekran nə vaxt necə göstəriləcəyini tez anlaya bilir.

Həmçinin, cihazın birinci olmasına səbəb olan digər xüsusiyyətlər ən yüksək mütləq rəng həssaslığı, ən yüksək tam ekran parlaqlığı, ən yüksək tam ekran kontrast reytinqi və ən yüksək kontrast nisbəti olub.

Qeyd edək ki, ötən günlərdə "EverythingApplePro" adlı "YouTube" kanalının yeni "iPhone"lara etdiyi möhkəmlik testi "iPhone 11" ailəsinin düşməyə qarşı dayanıqlı olduğunu sübut etmişdi. (Finans.az)