"Google" şirkətinin yaradıcıları vəzifələrindən gedəcəklər

04.12.2019 Dünya
"Google" şirkətinin yaradıcıları Larri Peyk və Sergey Brin "Google"un "Alphabet" şirkətinin baş direktoru və sədri vəzifələrindən gedəcəklərini açıqlayıblar.

"Kommersant.az" "Report.az"a istinadən xəbər verir ki, hər iki şəxs şirkətin İdarə Heyətində qalmağa davam edəcək.

Məlumata görə, "Google"un Baş icraçı direktoru (CEO) Sundar Pichai, bundan sonra "Alphabet"'in də Baş icraçı direktoru olacaq. "Alphabet" "Google" və onun şirkətlərinin yenidən qurulması məqsədi ilə 2015-ci ildə yaradılıb.

"Alphabet"in açıqlamasında şirkətin hədəfinin "daha təmiz və daha məsuliyyətli" işləmək olduğu qeyd edilib.

Xatırladaq ki, Page və Brin şirkəti 1998-ci ildə ABŞ-ın Kaliforniya ştatındakı bir qarajda yaratmışdılar.

VTB