USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çində koronavirusa yoluxan əcnəbilərin sayı artır

10.02.2020 İqtisadiyyat
0 0
Çində yeni növ koronavirusa yoluxmuş əcnəbilərin sayı 27 nəfərə çatıb, 2 nəfər ölüb, 3 nəfər sağalıb.

"Kommersant.az" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bildirib.

"Hazırda ölüm faktları ilə bağlı müvafiq dövlətlərə məlumat vermişik. Ölənlərdən biri etnik çinlidir, amma ABŞ vətəndaşıdır", - o deyib.

Qeyd edək ki, keçən həftə Çin XİN-i 19 əcnəbinin yoluxduğunu bildirmiş, ölüm halları barədə məlumat verməmişdi. Son məlumatlara görə, 22 əcnəbi müalicə alır.

  • Əvvəlki

    "Kapital Bank" “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı

Digər xəbərlər