USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtaliyada sutka ərzində koronavirusdan 837 nəfər ölüb

01.04.2020 İqtisadiyyat
0 0
İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 837 nəfər dünyasını dəyişib, ölənlərin ümumi sayı 12 428 nəfərə çatıb.

"Kommersant.az"-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ötən sutka ərzində 1109 nəfər sağalıb, sağalanların ümumi sayı 15 729 nəfərdir.

Bildirilir ki, hazırda koronavirusa yoluxanların sayı 77 653 nəfər təşkil edir, episemiya başlayan zamandan isə 105 792 yoluxma halı qeydə alınıb (ölənlər və sağalanlar da daxil olmaqla).

  • Əvvəlki

    Burundidə koronavirusa ilk yoluxma halları qeydə alınıb

Digər xəbərlər