Dünyada koronavirus qurbanlarının sayı 349 mini ötdü

28.05.2020 Dünya
Dünyada bir gün ərzində koronavirus infeksiyası qurbanlarının sayı 5,5 min nəfərdən çox artıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Təşkilatın məlumatına görə, dünyada pandemiya qurbanlarının sayı 349 mini ötüb. Son sutka ərzində virusa 84 mindən çox yoluxma qeydə alınıb. Bununla da COVID-19-a yoluxma hallarının ümumi sayı demək olar, 5,5 milyona çatıb.

VTB