USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Hökumət istefa verməyəcək”

28.06.2018 İqtisadiyyat
0 0
“Hökumətin istefa verəcəyini düşünənlər səhv edirlər”.

"TASS" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ölkədəki iqtisadi problemlər və hökumətin istefası çağırışlarına münasibət bildirərkən deyib.

"Biz səlahiyyət müddətimizin sonuncu gününədək vəzifəmizi icra edəcəyik", - deyə H.Ruhani vurğulayıb.

Milli valyutanın devalvasiyası ilə əlaqədar İran parlamentinin 50 deputatı iqtisadiyyat və maliyyə naziri Məsud Karbasianın istefası tələbi ilə imza toplamışdı.

İyunun 28-də İran parlamentinin sədir Əli Laricani yaranmış vəziyyətlə bağlı bildirib: "İranlılar bütün fikir ayrılığını başqa vaxta saxlamalıdır. Cari problemlərin həlli üçün hakimiyyətin bütün qolları səylərini birləşdirməlidir".

Qeyd edək ki, iyunun 25-də Tehranda və İranın bir sıra şəhərlərində milli valyutanın devalvasiyasına etiraz olaraq, aksiya keçirilib. Bəzi məlumatlara əsasən, etirazlar hələ də davam edir.

Son günlər İranda "qara bazarda" 1 dollar 90 min rial dəyişdirlir. Bu rəqəm mayda 65 min rial olub.

Report