USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Zuckerberg “Facebook”un çöküşü fonunda $7 mlrd. itirib

05.10.2021 Dünya
0 0
“Facebook” şirkətinin rəhbəri Mark Zuckerberg 6.8 milyard dollar itirib.

“Kommersant.az” xəbər verir ki, bunun səbəbi sosial şəbəkənin işinin pozulması olub.

Baş verənlərə görə Zuckerberg milyarderlər siyahısında 6-cı yerə düşüb.

Sosial şəbəkələrin işindəki uzunmüddətli fasilə 4 oktyabr axşamı baş verib. Bildirildiyi kimi, müəyyən müddət ərzində “Facebook”, “Instagram” və “WhatsApp” işləməyib. Bunun fonunda istifadəçilər digər tətbiqlərə – “Telegram” və “TikTok”a axın edib. Nəticədə orada da nasazlıqlar yaranıb.