Qarabağ Azərbaycandır!

Donald Trampdan konqresə gözlənilməz fərman

13.09.2018 Dünya
Donald Trump, konqresə sürpriz edərək Amerika seçkilərinə müdaxilə etməyə cəhd göstərməkdə şübhəli bilinən fiziki şəxslər və şirkətlərə qarşı sanksiyalar haqqında gözlənilməz fərman imzaladı.

"Kommersant.az" rus mətbuatına istinadla xəbər verir ki, fərmanın məğzini seçkilərə müdaxilə, "seçki infrastrukturuna" və səsvermə mərkəzlərinə kiber hücumlar, həmçinin ictimai fikri və "siyasi siyasi məlumatların sistematik sızması" üçün təşviqat kampaniyası təşkil edir.

Seçkilərə müdaxilə cəhdlərini izləməklə Milli Təhlükəsizlik Agentliyi və Milli Təhlükəsizlik Departamentinin bir neçə xüsusi xidmət və federal orqanları məşğul olacaq.

Seçkilərə xarici dövlətlər tərəfindən şübhəli müdaxilə olduğu halda faktı 45 gün içində sübut etmək vacibdir. Hər şey təsdiqlənərsə, kəşfiyyat təşkilatı Baş prokurorluğa və Milli Təhlükəsizlik Departamentinə hesabat göndərərək 45 gün ərzində müvafiq cavab tədbirləri görməlidirlər.