Qarabağ Azərbaycandır!

ABŞ – İraq münasibətlərində irəliləyiş

25.09.2018 Dünya
ABŞ İranın İraqdakı təsirini azaldır.

“Kommersant.az” xəbər verir ki, ABŞ konqresinin gündəmində yenidən İran və İraq var. Belə ki, rəsmi Vaşinqton parlament seçkilərində İranın aktivlərini bloklatmağı, bununla da onun İraqdakı təsirlərini zəiflətməyi planlaşdırır.

Bu məqsədlə ABŞ rəsmiləri dəfələrlə müxtəlif qanun layihələri ilə İraq hökuməti ilə görüşlər keçirib. İraqın ABŞ-dakı keçmiş səfiri Lukman Fayli məsələ ilə bağlı ABŞ-la münasibətlərin Bağdadda çaxnaşma yaradacağını və sağçı koalisiyanın qəzəbinə səbəb olacağını bildirmişdi.