“Apple”ın qiymətləri qalxacaq

08.09.2018 Maliyyə
Şirkət Trumpa müraciət ünvanlayıb.

“Kommersant.az” xəbər verir ki, “Apple” şirkəti ABŞ hökumətinə müraciət ünvanlayaraq Trumpın Çinə qarşı tətbiq etmək niyyətində olduğu yeni vergilərin amerikanlara birbaşa təsiri olacağını söyləyib.

Belə ki, bu vergi tətbiqinin Çində fabriki olan “Apple”a mənfi təsirlərindən bəhs edən şirkət rəsmiləri, bu halda ABŞ alıcıları üçün də “Airpods”, “MacBook”larda qiymət artımının qaçılmaz olacağı bildirilib.