USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda əməkhaqqı ilə bağlı yeni model tətbiq oluna bilər

29.04.2026 İqtisadiyyat
0 0
Azərbaycanda saatlıq əməkhaqqı modelinin tətbiqi istiqamətində işlər aparılır.

Kommersant.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbirdə deyib.

O həmçinin qeyd edib ki, bərabər əməkhaqqı və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində işlər həyata keçirilir.

Nazir xatırladıb ki, müxtəlif illərdə əmək qanunvericiliyinə xeyli dəyişikliklər edilib.