15 milyard manata qəhvə

01.10.2018 Maliyyə
Avropa Birliyi qəhvəyə sərvət xərcləyir.

“Kommersant.az” xəbər verir ki, Avropa Birliyinə üzv 28 ölkə 2017-ci ildə 8,7 milyard manat dəyərində qəhvə idxal edib.

Avropanın Statistika Komitəsinin Dünya Qəhvə Günü münasibətilə yaydığı hesabata görə, ötən il Avropada təxminən 3 milyon ton qəhvə idxal edilib.

Qəhvə idxalına görə birinci yeri isə Almaniya tutur. Ümumilikdə idxal edilən qəhvənin 29%-ni isə Braziliya qarşılayır.