USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İranda dollar kəskin ucuzlaşıb

02.10.2018 İqtisadiyyat
0 0
İranda bir dolların 17 min tüməndən (170 min rial) 10 min tümənə düşməsi əhali arasında təşvişə səbəb olub.

"Kommersant.az" xəbər verir ki, bunu Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İran üzrə nümayəndəsi Fatih Çayabatmaz bildirib.

Onun sözlərinə görə, oktyabrın 1-də İranın Mərkəzi Bankı 10 qrup xidmət sektoruna bundan sonra sərbəst bazarda bir dolların mübadiləsinin 17 min tümənə deyil, 8 min tümənə təmin ediləcəyini bildirib.

F.Çayabatmaz bildirib ki, bir gündə dolların belə kəskin ucuzlaşmasına səbəblərdən biri kimi rəsmi mətbuatın "dollar düşür" başlıqlı xəbərləri yayması da təsir göstərib.

Məlumata əsasən, 10 min tümənə kimi ucuzlaşan dollar günortadan sonra yenidən bahalaşaraq 15 min tümən (150 min rial) olub.

Qeyd edək ki, bu ilin martında dollar 4 500 tümənə dəyişdirilirdi.

  • Əvvəlki

    "Azintelecom" - TENDER ELANI

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0