Fransa internet nəhənglərinə vergi tətbiq edəcək

08.10.2018 Maliyyə
Hədəfdə bu dəfə internet nəhəngləri var.

“Kommersant.az” xəbər verir ki, Fransanın iqtisadiyyat naziri Bruno Le Maire Almaniya rəsmiləri ilə son görüşdə müzakirə olunan məsələ haqda ictimaiyyətə açıqlama verib. Belə ki, Maire bildirib ki, tərəflər internet nəhənglərinin Avropa Birliyi (AB) ərazisindən əldə etdiyi gəlirdən vergi verməsi ilə bağlı məsələni yenidən gündəmə gətirmək niyyətindədir.

Siyahıda adı üst sıralarda yer alanlar isə “Google”, “Amazon”, “Facebook”, “Apple”dır. Fransa tərəfindən verilən məlumatda il sonuna qədər bu “problem”in həll ediləcəyi bildirilib.