Borc içində üzən ölkələr hansılardır? - TOP-5

13 Oktyabr 11:49 Maliyyə
Ən çox borcu olan ölkələrin adları məlum olub.

"Kommersant.az" xəbər verir ki, bu ilin əvvəlində qlobal borc 233 trilyon dollar təşkil edib. Dünya Bankının məlumatına görə, bu, ÜDM-ə nisbətdə 288% çoxdur.

Portuqaliya ən çox borcu olan ölkələrin reytinqinə liderlik edir. Ölkənin 217 milyard dollar borcu var. Portuqaliyanın iqtisadi problemlərinin kökü 90-cı illərə gedib çıxır. Hər il 50 mindən çox portuqaliyalı işsizlik ucbatından ölkəni tərk edir.

Digər Avropa ölkəsi olan İtaliya isə reytinqin 4-cü pilləsində qərarlaşıb - 1,9 trilyon dollar. 2014-cü ildə İtaliyanın ÜDM-u 0,1%, 2015-ci ildə 1%, 2016-cı ildə 0,9%, ötən il isə 1,5% təşki edib.

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlaması ilə, Livanın dövlət borcu artmağa başladı. 3 il ərzində ölkəyə 1,2 milyon suriyalı qaçqın gəlib. Onların az maaşlı işdə çalışmağa razı olması isə livanlıların işsiz qalması ilə nəticələnib. 2013-cü ilin ortalarında Livanda törədilmiş terror aktları nəticəsində ölkəyə gələn turistlərin sayı 80%-ə qədər azalıb. 2017-ci ildə Livanın dövlət borcunun ÜDM-ə nisbəti 149% təşkil edib.

Yunanıstan ən çox dövlət borcu olan ölkələrin sıralamasında dördüncü yerdə qərarlaşıb. Ölkə yalnız 2001-ci ildə, Aİ-yə daxil olmaqla avroda sərfəli kredit götürmək imkanı qazandı. Həmin vaxt Yunanıstanın 5 bankı özəlləşdirildi. Xidmət sahəsində çalışanların sayı artsa da, istehsalın səviyyəsi aşağı düşdü. 2009-cu ildə rəsmi Afinanın dövlət borcu ÜDM-ə nisbətdə 115% artdı. 2010-2011-ci illərdə Aİ çərçivəsində Yunanıstana 2 proqram vasitəsilə maliyyə yardımı edildi. 2015-ci ilin avqustunda ölkəyə üçüncü kredit proqramı tətbiq edildi (bu il başa çatıb). 2017-ci ilin sonunda Yunanıstanın ümumi dövlət borcu ÜDM-ə nisbətdə 178,6% təşkil edib.

Yaponiya da dünyanın ən çox borcu olan ölkələri siyahısındadır. Ötən ilin sonunda ölkənin borcu ÜDM-ə nisbətdə 253%-ə çatmışdı və hazırda artmaqda davam edir. Bu ilin əvvəlində ölkənin xarici ticarət defisiti 9 milyard dollar təşkil edib. Təqaüdçülərin sayı artdığından Yaponiya hökuməti sosial təminata çox pul ayırır.

Digər borcu çox olan ölkələrdən fərqli olaraq Yaponiyanın borcu əsasən daxili fiziki və hüquqi şəxslərədir.

  • Əvvəlki

    Hansı ölkənin neçə ton qızılı var? - SİYAHI

Digər xəbərlər

22 Oktyabr 19:00 Maliyyə
Moskva miqrantlardan qazanır
0 0
20 Oktyabr 17:28 Maliyyə
"Mega Millions"dan - REKORD
0 0
20 Oktyabr 14:48 Maliyyə
Rusiyalılar yaxşı yaşayır - SORĞU
0 0
20 Oktyabr 13:42 Maliyyə
"Tesla"nın səhmləri bahalaşdı
0 2
19 Oktyabr 15:46 Maliyyə
1 trilyon dollar yandırılır
0 0
19 Oktyabr 14:24 Maliyyə
Yuan təslim oldu
0 0
18 Oktyabr 14:34 Maliyyə
Ticarət savaşına növbəti zərbə
0 0
18 Oktyabr 13:53 Maliyyə
"Uber"in gəlirləri azalıb
0 0