USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərişıq” işçilərinin maaşını gecikdirib? - ŞİKAYƏT

28.04.2026 İqtisadiyyat
0 0
“Azərişıq” ASC-də çalışan bir qrup əməkdaş mart ayına görə hesablanmış əməkhaqqının gecikdirildiyini iddia edir.

Kommersant.az-a daxil olan məlumata görə, əmək müqavilələrində maaşın hər ayın 5-də ödənilməsi nəzərdə tutulsa da, işçilər mart ayının maaşı aprel ayının 22-dək verilməyib. Bununla da ödənişlərin 17 gündən artıq gecikdiyi bildirilir.

İşçilərin sözlərinə görə, gecikmə yalnız maaşın verilməməsi ilə yekunlaşmayıb. Belə ki, gecikdirilən günlərə görə hər hansı əlavə ödəniş və ya kompensasiya da təqdim olunmayıb.

Müraciətdə qeyd olunur ki, maaşların gecikməsi bir sıra əməkdaşların bank və kredit öhdəliklərini vaxtında yerinə yetirməsinə mane olub. Nəticədə bəzi işçilər Banklarda olan kreditlərini ödəyə bilməyib. Buna görə də kreditlərinə əlavə gecikmə faizi hesablanıb.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.