"Sirli" qulaqcıqlar satışda

05.10.2018 İKT
"Microsoft" şirkəti "sirli" simsiz qulaqcıq istehsal edib.

"Kommersant.az" xəbər verir ki, 345 dollarlıq (586 manat) "Surface Headphones", səs köməkçisi və aktiv səs tənzimləyici ilə təchiz olunub. Qurğu, yumşaq yastıqları olan klassik dizaynlı qulaqcıqlara malikdir. Aksessuar şarj üçün "USB-C" ilə təchiz olunub və 15 saat işləmə gücünə malikdir. 5 dəqiqəlik şarj edilən qacet 1 saat işləyə bilir. "Surface Headphones"un çəkisi 280 qramdır. Qulaqcıqlar sensor panelə malikdir, hansı ki, onların köməkliyi ilə prosesi tənzimləmək və telefondan zəng qəbul etmək olur. Cihaz, eyni zamanda, korporativ səs köməkçisi olan "Microsoft "Cortana"nı da dəstəkləyir.

Qeyd edək ki, məhsulun ərsəyə gətirilməsi 3 il vaxt alıb. Onun satışı, ilk olaraq ABŞ-da aparılacaq.