USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Facebook"dan - YENİLİK

08.10.2018 İqtisadiyyat
0 0
"Facebook" videozənglər üçün yeni cihaz istifadəyə verib.

"Kommersant.az" xəbər verir ki, qacet eyni zamanda "Spotify"dan musiqiyə qulaq asmağa imkan verir. "Portal" sensor ekrana və mikrofona malikdir. Ekranda xəbər lentini oxumaq hələ ki, mümkün deyil. "Portal"ın köməkliyi ilə sosial şəbəkə vasitəsilə dostlarınıza zəng edə bilərsiniz.

Cihaz iki versiyada təqdim ediləcək:199 dollarlıq "Portal" və 349 dollara təklif ediləcək "Portal Plus". Satışa isə noyabrda başlanılacaq.